21 Oktyabr 2017 22:48
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Səngəçal qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 700 metr kabel oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Vəli Vəliyev tutulub.


Müəllif: Hacı Zeynalov