24 Oktyabr 2017 14:53
3 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Samirə Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan Aytəkin Bağırovaya isə 8 il 6 ay cəza kəsilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.

Xatırladaq ki, ötən prosesdə çıxış edən prokuror hər iki təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Samirə Mansurova 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işləyib.

Təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqdirli bilinirlər.

Samirə Mansurova Aytəkin Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.Aralarında yaran münasibətdən sonra Aytəkin Bağırova ona işə düzəltmək üçün adam tapmasını istəyib.

Samirə Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün Aytəkin Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.

Qeyd edək ki, Samirə Mansurova həbsdədir.

Aytəkin Bağırova barəsində isə həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.


Müəllif: Hacı Zeynalov