4 Noyabr 2017 10:50
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həbsxanaların birindən 4 məhkum qaçıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hadisə Niydədə Cəzaçəkmə Müəssisəsində baş verib.

Məhkumlar dünən qaçıblar. Məhkumların qaçmasından həbsxana personalı axşam sayması zamanı xəbər tutub.

Bundan dərhal sonra həyacan siqnalı verilib, aidiyyəti qurumlara xəbərdarlıq olunub. Hərəkətə keçən qruplar həbsxana ətrafında axtarışlara başlayıb. Eləcə də yaxın ərazilərdə yollar nəzarətə götürülüb. Həbsxananın yerləşdiyi qəsəbəyə giriş-çıxışlar bağlanıb.


Müəllif: Cavad