5 Noyabr 2017 16:01
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğuluq hadisələri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ənvər Abbasov tutulub.

O cari il avqustun 8-dən oktyabrın 9-dək olan müddətdə rayon ərazisində 5 həyətyanı sahədən və 1 avtomobildən təmir-tikinti alətləri, 70 metr elektrik naqili, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinib.


Müəllif: Hacı Zeynalov