5 Noyabr 2017 18:13
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda evlərdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində iki evdən oğurluq ediıməsi barədə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat daxil olub.

Məlum olub ki, hər iki evdən ümumilikdə 500 ABŞ dolları və 6134 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Vurğun İbrahimov tutulub.


Müəllif: Hacı Zeynalov