11 Noyabr 14:45
201

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Azadlıq prospektində 1985-ci il təvəllüdlü Rövşən Babayev bıçaqlanıb. Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Rövşən Babayev həmin ünvanda qeyri-rəsmi münasibətdə olduğu qadınla mübahisə edib.

Rövşən Babayev qadına daha onunla yaşamaq istəməyib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Rövşən qadına şillə vurub. Bundan əsəbləşən qadın Rövşənin sinəsinə bıçaq xəsarəti yetirib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov