11 Noyabr 2017 22:58
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Mahmudov tutulub.

Teymur Mahmudov cari il avqustun 31-də rayon ərazisindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinib.

Onun sentyabrın 11-də daha bir evdən qızıl və gümüş əşyalar oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov