11 Noyabr 2017 23:42
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 2 ədəd mobil telefon və noutbuk oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Arif Əlizadə tutulub.


Müəllif: Hacı Zeynalov