11 Noyabr 2017 21:59
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Zümürxan kənd sakini, 1998-ci il təvvəlüdlü Ayxan Quliyev həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ayxan Quliyev baş nahiyəsi və sağ əlindən bıçaq xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov