13 Noyabr 11:05
214

Bakının Sabunçu rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Zabrat qəsəbəsində 55 yaşlı Lətifə İsmayılova döyülərək bədənin müxtəlif nahiyələrindən xəsarət alıb.

O ağır vəziyyətdə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Lətifə İsmayılova ailə-məişət münaqişəsi zəminində kürəkəni tərəfindən döyülüb.

Bildirilir ki, bir həyətdə yaşayan kürəkən-qayınana tez-tez mübahisə edirmişlər.

Faktla bağlı araşdırma aparır.


Müəllif: Hacı Zeynalov