13 Noyabr 2017 12:35
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonu ərazisində dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ramana qəsəbəsində 1964-cü il təvəllüdlü Nahid Babayev naməlum şəxslə mübahisə edib, onu söyüb.

Nahid Babayevin təhqiramiz ifadələrinə dözməyən həmin şəxs özündə olan bıçağa əl atıb. Əvvəlcə Nahid Babayevin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq xəsarəti yetirib, daha sonra onu yerə yıxaraq boğaz nahiyəsini kəsib. Cinayəti törədən hadisə yerindən qaçıb.

Hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Nahid Babayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Polis cinayəti törədən şəxsin tutulmasi istiqamətində əməliyyat tədbirləri görür.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov