14 Noyabr 12:47
180

Ermənistanın paytaxtı İrəvandakı “Nork” infeksion xəstəxanasından məhbus qaçıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İrəvan polisi məlumat verib.

Qaçan məhbus 30 yaşlı Telman Allahverdyandır. O, qəsdən adam öldürmə və qanunsuz odlu silah saxlama maddələri ilə ittiham olunub.

İrəvan polisi Allahverdyanın axtarışlarına başlayıb.


Müəllif: Samir