14 Noyabr 14:08
193

Bakının Qaradağ rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində 1985-ci il təvəllüdlü Raman Rzayev bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Raman Rzayevin vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Raman Rzayev ticarət mərkəzində tanışı ilə pul üstündə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov