15 Noyabr 2017 11:23
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bir gecədə iki bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, rayonun Bakıxanov qəsəbəsində “Fidan” şadlıq evinin qarşısında 1985-ci il təvəllüdlü Rəsul Baxşəliyev naməlum şəraitdə bıçaqlanıb.

Yaralı 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, Rəsul Baxışəliyevin tanımadığı şəxslə mübahisəsi sonradan davaya çevrilib. Dava zamanı həmin şəxs Rəsul Baxışəliyevə bir neçə bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb.

Daha bir bıçaqlanma hadisəsi Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində baş verib. 1987-ci il təvəllüdlü Pərviz Savalanov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlumata görə, Pərviz Savalanov ailə mübahisəsi zəminində baş və qarın nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Yaxınları onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov