16 Noyabr 2017 14:56
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 81 yaşlı atasını amansızlıqla öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum ediıməsini təkıif edib.

Növbəti proses noyabrın 21-də davam edəcək.

İttihama görə, hadisə bu il yanvarın 31-də baş verib. Hadisədən bir müddət əvvəl İlyas Mehdiyev atası İmdad Mehdiyevdən pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğlu arasında mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmağı tələb edib, bu səbəbdən bir müddət ata-oğul arasında söz-söhbət olub. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.

Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyüb və aydın olub ki, qapı içəridən bağlıdır. O, atasının evdə olduğunu və yatdığını bilib. O, maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası açıb. Eyni mövzuda yenidən ata ilə oğul arasında mübahisə başlayıb. İlyas butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Qalan benzinlə isə evə od vurub və aradan çıxıb.

Hadisə vaxtı İlyas Mehdiyev içkili olub.

Qeyd edək ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyev Əfv Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədridir.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etməvə ya zədələmə) maddələri ilə təqdirli bilinir.


Müəllif: Hacı Zeynalov