16 Noyabr 2017 16:33
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Zaqatala rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan Zaur İsmayılova narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Əhmədov müəyyən edilərək tutulub.

Onun yaşadığı evin həyətinə baxış zamanı 335 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı Namiq Əhmədovun qohumu Sərvan Vəliyevin yaşadığı evin həyətində gizlətdiyi 470 qram marixuana da aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov