17 Noyabr 2017 13:49
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları oğurluq və soyğunçuluq cinayətləri törədən şəxslərin tutulması üçün əməliyyat tədbirləri keçirib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tural Məmmədov və Elşən Yolçuyev tutulublar.

Bundan başqa, avtomobil qaçırdığına görə tutulan Cəmil Səfərəliyevin ətrafında Binəqədi rayon Polis İdarəsinin 4-cü və 5-ci polis bölmələrində araşdırma aparılıb.

Məlum olub ki, Cəmil Səfərəliyev sentyabrın 4-də Novruz Bayramova məxsus “VAZ-21011” markalı avtomobili qaçırıb.

Noyabrın 8-də Bakı şəhər sakini Orxan Vəliyevə məxsus evdən 500 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini olan bir yeniyetmə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov