17 Noyabr 2017 15:56
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda avtomobildən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fidan Fərzəliyevaya məxsus “Opel” markalı avtomobildən sənəd və açar oğurlanması barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Turqut Sadıqlı tutulub.

Onun sentyabrın 23-də Əziz Əliyevə və Xıdırnəbi Mustafayevə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

İstintaq müəyyən edib ki, Turqut Sadıqlı əvvəllər də məhkum olunub.


Müəllif: Hacı Zeynalov