17 Noyabr 2017 16:43
2 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, noyabr ayının 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib.

Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis idarəsinə gətirilib.

Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşurutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməsi, avtobusun dayancaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi zaman isə onu təqib etdiyi müəyyən edilib.

Saxlanılan şəxsin əvvəllər Rusya Fedarasiyasında və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov