19 Noyabr 2017 22:14
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda evlərdən birindən 5000 manat dəyərində dəmir əşyaları oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törərməkdə şübhəli bilinən Bakı şəhər sakini İbrahim Nəcəfov tutulub.

Onun noyabrın 17-nə keçən gecə rayon ərazisindəki daha bir evdən 4 ədəd dəmir boru oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov