19 Noyabr 2017 19:10
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda “Yeni İlisu” yarımstansiyasından oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, araşdırmalarla ümumi çəkisi 100 kiloqram olan, mis materiaların oğurlandığı məlum olub.

Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Vəli Məmmədov saxlanılıb. Oğurladığı materialları satmağa macal tapmayan Vəli Məmmədovun yaşadığı evin zirzəmisindən həmin mis şinlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov