20 Noyabr 2017 17:35
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda bir sıra vəkillərlə bağlı daxil olan şikayətlərə baxılıb.

Vəkil Yalçın İmanov kollegiyanın üzvlüyündən xaric edilib. Qərarda göstərilib ki, onun Vəkillər Kollegiyasının üzviliyindən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək. Həmin vaxta qədər Yalçın İmanov heç bir işə çıxa bilməz.

Yalçın İmanov barədə Vəkillər Kollegiyasına şikayəti Penitensiar Xidmətinin rəhbərliyi edib.

Xatırladaq ki, bir müddət əvvəl Baş prokurorun birinci müavini Rüstəm Usubov 4 vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib. Müraciətdə Nemət Kərimli, Əsabəli Mustafayev, Aqil Layic, Elçin Sadıqov və Fəxrəddin Mehdiyevin adı var.


Müəllif: Hacı Zeynalov