20 Noyabr 2017 21:20
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda avtomobil oğurlanıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 19-da, saat 5.00-da Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubişi” markalı avtomobilin qaçırılması barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat daxil olub.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtomobili Bülbül prospektində saxlayıblar. Maşınla birgə onu idarə edən şəxs Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə gətirilib.

Araşdırmalarla onun paytaxt sakini Nicat Vəliyev olduğu müəyyən edilib.
Daha bir hadisə Xətai rayonunda baş verib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyevin ətraflarında Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırma aparılıb.

Oktyabrın 10-na keçən gecə onların Zığ yolunda Bakı şəhər sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırdıqları da müəyyən edilib. Həmin avtomobil noyabrın 18-də Masallı rayonu ərazisində tapılıb.


Müəllif: Hacı Zeynalov