20 Noyabr 2017 21:57
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Qovlar şəhər sakini, 2000-ci il təvəllüdlü Rəşad Hüseynov mübahisə zəminində 1995-ci il təvəllüdlü Hüseyn Quliyevə çoxsaylı bıçaq zərbəsi vurub.

Teleqraf.com xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Rəşad Hüseynov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov