21 Noyabr 2017 01:25
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətindən Ucar rayon polis şöbəsinə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.

Polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə gəlib. Rövşən Kərimov bıçaqla polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin o, zərərsizləşdirilərək şöbəyə gətirilib.

Araşdırmalarla Rövşən Kərimovun narkotik aludəçisi olduğu da müəyyən olunub. Əvvəllər məhkum olmuş bu şəxsin avtomobilinə baxış zamanı oradan 8 büküm narkotik vasitə -heroin, eləcə də beşbarmaq aşkar edilərək götürülüb.

Faktla bağlı Ucar rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov