21 Noyabr 2017 09:55
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, mayor Akif Əliyevin barəsində olan hökmdən apelyasiya şikayəti verilib.

Akif Əliyevin vəkili Anar Qasımlı Teleqraf.com-a bildirib ki, apelyasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

Onun sözlərinə görə, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Bundan əvvəlki gün isə Akif Çovdarov və Səlim Məmmədov barələrində olan hökmündən apelyasiya şikayəti vermişdilər.


Müəllif: Hacı Zeynalov