21 Noyabr 2017 17:22
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirlıiyinin vəzifəli şəxsləri tərəfindən "Karvansaray" ticarət mərkəzinin ələ keçirilməsi epizodu üzrə Bakı Hərbi Məhkəməsinin hökümündən apelyasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a Karvansaray-2010 məhdud məsuliyətli cəmiyyətinin təsisçiləri Nizami Quliyev və Nadir Quliyevin nümayəndəsi İlham Əsədov məlumat verib.

O, bildirib ki, apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim edilib. Nümayəndənin sözlərinə görə, 100 min manatlıq mülki iddialarının təmin olunmasını istəyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə “Karvansaray” epizodu sübuta yetirilməyib və həmin epiozod üzrə cinayət təqibinə xilatym verilib, bu işdə zərərçəkmişlərin mülki iddiası təmin olunmayıb.

Karvansaray-2010 MMC-in təsisçisi Nizami Quliyevə göstərilən təhdid və təzyiqlər nəticəsində onun obyektinə əl qoya bilib. “Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncə yoluyla alınıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.


Müəllif: Hacı Zeynalov