22 Noyabr 2017 08:45
3 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmin əsas xəbərləri yenə də Türkiyədən gəlir. Burada baş verən hadisələr nəinki Türkiyədəki, hətta Rusiyadakı kriminal aləmə də ciddi təsir göstərir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (yeni ləqəbi Quli Bakinski) Əli Heydərovun (Albert Rıjıy) titulunu əlindən alıb.

Məlumatlara görə, buna Heydərovun Səlifovun yaxın adamlarından sayılan Laşa Baratelinin “qanuni oğru”luğunu qəbul etməməsi səbəb olub.
Quli Bakinski hazırda Moskvada həbsdə olan Heydərovla yarımçıq söhbətinin olduğunu bildirib və bunun üçün onun həbsxandan çıxmasını gözlədiyini deyib.

Rusiyalı bəzi avtoritetlər Rıjıyı müdafiə etmək istəsələr də, buna nail olmayıblar.

Səlifov Heydərovun kriminal avtoritet kimi tanınmasını qadağan edib.


Müəllif: Samir