22 Noyabr 2017 01:36
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon sakini Kamil Quliyev oktyabrın 18-də rayon rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

O, bir gün əvvəl Hacıqabul şəhərinin Ə.Vahid küçəsində yerləşən telefon mağazasının tavanını sındırmaqla içəriyə daxil olan şəxsin 4 min manat dəyərində telefonları oğurladığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Samid Minaxanov saxlanılaraq şöbəyə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edib. Oğurluq telefonlar ondan maddi sübut kimi götürülüb.

Samid Minaxanov əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunub.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov