22 Noyabr 2017 11:04
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda bir ay əvvəl baş verən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, həyat yoldaşının boğazını kəsərək öldürən 1988-ci il təvəllüdlü Fariz Muxtarov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb.

Bu il oktyabrın 5-də Gədəbəy rayonun Arıxdam kəndində Fariz Muxtarov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Qatilin Şəmkir rayonunda babasının evində gizləndiyi məlum olub. Hadisəni törədən şəxslə qətlə yetirilən qadın 2 il əvvəl boşanıb. Onların iki azyaşlı övladı var.

Cütlük boşanandan sonra aralarında tez-tez aliment üstündə mübahisə baş verib. Fariz Muxtarovun alimenti vaxtında ödəməməsi səbəbindən Mətanət yenidən məhkəməyə üz tutub.

Bu səbəbdən Fariz Muxtarov keçmiş qayınatasının evinə gəlib və özü ilə gətirdiyi bıçaqla Mətanətin boğazını kəsib.

Fariz Muxtarovun barəsində Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Farizin atası Şamil Muxtarovla qardaşı Kamil Muxtarov bu ilin avqust ayında həbs edilib. Ata və oğlu kəndin yaxınlığında 47 yaşlı traktorçu Telman Qurbanovu döyərək öldürdüklərinə görə həbs ediliblər.


Müəllif: Hacı Zeynalov