22 Noyabr 2017 11:56
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsində Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İsgəndər Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb.

Məlum olub ki, İsgəndər Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb. O, Lökbatan qəsəbəsində kirayədə yaşayırmış. Həmyerlisi İlqar Mirzəyev həmin gün onun kirayədə yaşadığı evə qonaq gəlib. Yeyib-içən tanışlar sonda mübahisə ediblər. Mübahisə qanlı olayla nəticələnib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsgəndər Hüseynov həbs edilib.


Müəllif: Hacı Zeynalov