22 Noyabr 2017 22:55
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 1987-ci il təvəllüdlü Nübar Aslanova yaşadığı evdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, Nübar Aslanova həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı kişi bıçağa əl atıb və nəticədə qanlı olay baş verib.

Məlum olub ki, ərlə arvad arasımda tez-tez mübahisə baş verirmiş, kişi hər gün qadını döyürmüş.

Onların birgə nikahlarından iki övladı var. Cinayəti törədən kişinin içki düşkünü olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov