23 Noyabr 2017 17:19
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri Mübariz Məmmədov və Nurəddin Orucov tutulublar.

Onlar rayon ərazisindəki evlərdən birindən 1100 manat, eyni zamanda qızıl və məişət əşyaları oğurlamaqda şübhəli biliniblər.

Araşdırmalar zamanı hər iki şəxsin bu ilin mart-noyabr ayları ərzində 17 evdən məişət əşyaları və inşaat materialları oğurladıqları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov