23 Noyabr 2017 23:03
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda həbs olunan iki dostun daha bir neçə cinayətinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, oğurluqda şübhəli bilinən İsmayıl Məmmədli və Elxan İsayevlə bağlı Suraxanı rayon Polis İdarəsinin 32-ci və 33-cü polis bölmələri istintaq əməliyyat-axtarış tədbirləri aparıb.

Araşdırmalar zamanı onların cari il fevralın 2-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən ətir, akkumulyator və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Qeyd edək ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən İsmayıl Məmmədli və Elxan İsayev həbs edib.

Onların cari ilin yanvar-sentyabr ayları ərzində daha 4 avtomobildən akkumulyator və yan güzgü oğurlamaqda şübhəli biliniblər.


Müəllif: Hacı Zeynalov