24 Noyabr 2017 11:29
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən kafelərin birində 1976-cı il təvəllüdlü Fərid Alıyev bıçaqlanıb, onun tanışı, 1972-ci il təvəllüdlü İlqar Fətəliyev döyülüb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Fərid Alıyev və İlqar Fətəliyev kafedə tanımadığı şəxslərlə mübahisə ediblər. Mübahisə sonda davaya çevrilib. Hadisə yerinə 20-ci polis bölməsinin əməkdaşları gəlib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov