24 Noyabr 2017 13:38
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də şəhərin Azadlıq küçəsi ilə M.Əbilov küçəsinin kəsişməsindəki körpünü işıqlandıran elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vuran şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis şöbəsində dindirilmə zamanı əvvəllər məhkum olunmuş Zedik Əlifxanov 200 metr naqili kəsdiyini etiraf edib. Oğurlanmış naqil maddi sübut kimi götürülüb.

Aparılan əməliyyat tədbirləri nəticəsində Zedik Əlifxanovun törətdiyi daha bir faktın üstü açılıb. Məlum olub ki, keçən ilin iyul ayında bu şəxs həmin ərazidən eyni üsulla 100 metr elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vurub.

Faktla bağlı bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov