25 Aprel 2014 13:52
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda oğurluq ittihamına görə axtarışda olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Goranboy RPŞ, Samux RPŞ və Səbail Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Əli Mirzəyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Nurəddin Abbasova məxsus “VAZ-2107” markalı avtomobil qaçırması, habelə Goranboy rayon sakini Şahmar Vəliyev, Bakı şəhər sakinləri Ruslan Nuriyev və Samux rayon sakini Gözəl Mahmudova ilə birgə Sərvan Nəsibova məxsus mağazadan qapını sındırmaq yolu ilə 350 manat, 7 ədəd noutbuk, 19 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ş.Vəliyev tutulub.

Hacı Zeynalov


Müəllif: