1 Avqust 2014 10:59
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qonaq getdiyi evdən oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyulun 26-da Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan Kazım Hüseynov ərizə ilə Polis Bölməsinə müraciət edərək bildirib ki, iyulun 25-də evində qonaq olan tanışı Valeh adlı şəxs əl çantasından 1300 manat və qızıl boyunbağı oğurlayıb.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Valeh Əzizov tutulub.

Hacı Zeynalov


Müəllif: