4 Dekabr 2017 19:42
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda gənc oğlana qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, Həsən Əliyev küçəsində naməlum şəxs 1996-cı il təvəllüdlü paytaxt sakini Ülvi Cuvarlıya bıçaqla hədə-qorxu gəlib, “Samsung” markalı mobil telefonunu alıb.

Cinayət törədən Bülbülə qəsəbə sakini, 2000-ci il təvəllüdlü Seymur Osmanov ərazidə xidmət aparan Nərimanov rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Seymur Osmanov 16-cı polis bölməsinə təhvil verilib.

Bölmədə araşdırma zamanı məlum olub ki, Seymur Osmanov əvvəllər Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq), 326.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və177.1-ci (oğurluq) maddələri ilə ittiham olunaraq məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov