6 Dekabr 2017 12:45
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:09

2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə hökmün elanı başlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrlik etdiyi kollegiya iş üzrə müşavirəni başa çatdırıb. Bu dəqiqələrdə hakim hökmü elan edir.

Prokuror Zülfüqar Mikayılovun 18 il, Elman Ağayevin 15 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyadovun 14 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılovun 16 il və Cabir Əliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı üç qrupda cinayət işi üzrə məhkəmə araşdırması gedir.

Bundan əvvəl Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 üzvü, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar.

Məhkəmənin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Müsəlman Birliyi Təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrlik etdiyi kollegiyada aparılır.

Bundan başqa, əməliyyat zamanı həbs edilən daha 10 nəfərə yaxın şəxs isə ayrı-ayrı icraatlarda mühakimə ediliblər.

Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı Taleh Bağırovun tərəfdarları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında silahlı qarşıdurma yaranıb. Silahlı qarşıdurma zamanı iki polis əməkdaşı öldürülüb, 5 nəfər isə yaralanıb.

Əməliyyat zamanı 4 nəfər əli silahlı olan Nardaran sakini zərərsizləşdirilib.

***

Məhkəmənin hökmü ilə Zülfüqar Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 12 il 3 ay, Eldar Bünyatov 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Mübariz İbrahimov 13 il, Cabir Əliyev 14 il, Ramil Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: Hacı Zeynalov