6 Dekabr 2017 22:09
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mürşüd-oba kənd sakini Ağabəy Ələskərov polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 8,420 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni aldığı şəxs də müəyyən edilib və şübhəli bilinən rayonun Niyazabad kənd sakini, əvvəllər məhkum olunmuş Babaseyid Ağayev də saxlanılıb. Baxış zamanı onun üzərindən 4,535 qram marixuana aşkar edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı isə həyətində dəmir borunun içərisində gizlətdiyi, ümumi çəkisi 469,072 qram marixuana da aşkar edilərək götürülüb.

Hər iki şəxs barəsində Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov