7 Dekabr 2017 16:37
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1990-cı il təvəllüdlü Hafiz Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2016-cı il avqustun 6-da Xaçmaz rayonu, Fərzəlioba kəndində Hafiz Gülməmmədov küçədə sərxoş vəziyyətdə olan Natiq Davudovla rastlaşıb.

Hafiz Gülməmmədov Natiq Davudovun onu avtomaşına dəvət etməsindən ehtiyat edərək qaçıb. Sonra Natiq onun arxasınca qaçaraq yaxasından yapışıb.

Bu zaman Hafiz Gülməmmədov döyüləcəyindən qorxaraq gəzdirdiyi bıçaqla Natiq Davudovun bir dəfə qarın nahiyəsindən və iki dəfə boğazından vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hafiz Gülməmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.

Hafiz Gülməmmədov bu əməlinə görə ağır iztirab çəkdiyini, zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində bu cinayətin baş verdiyini deyib. O, qeyd edib ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almayıb.

Hafiz Gülməmmədov qeyd edib ki, zərərçəkmiş şəxslə barışıb. Buna baxmayaraq məhkəmə ona sərt cəza təyin edib.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib.

Hafiz Gülməmmədov 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 ilə endirilib.


Müəllif: Hacı Zeynalov