7 Dekabr 19:58
82

Göygöl rayonun Yeni Qızılca kəndində 1995-cı il təvəllüdlü kənd sakini Famil Həsənov bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Həkim nəzarəti altında saxlanılan Famil Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Famil Həsənovu kimin və hansı şəraitdə bıçaqladığı məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov