7 Dekabr 2017 23:58
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bankomatdan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayonun Axundov küçəsində quraşdırılmış bankomat qaynaq aparatı ilə kəsilib, içərisindən 40 min manat oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Orxan Əhmədov tutulub.

İstintaq araşdırması zamanı məlum olub ki, Orxan Əhmədov əvvəllər məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov