8 Dekabr 00:25
216

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitə istifadəçilərinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Seyfəddin Kazımov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən polietilen bükülüdə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərini davam etdirən polis əməkdaşları narkotik vasitəni Seyfəddin Kazımova satmaqda şübhəli bilinən şəhər sakini İqdam Salmanovu da saxlayıblar. İqdam Salmanovun yaşadığı evə baxış zamanı orada gizlətdiyi ümumi çəkisi 578.93 qram marixuana və 7.76 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov