1 Avqust 2014 17:00
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun Ə.Əlizadə küçəsində qeydə alınıb. Naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Ümid Səfərovu bıçaqlayıb.

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş İlkin Bəşirov tutulub.

Hacı Zeynalov


Müəllif: