8 Dekabr 2017 23:08
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Alpoud kənd sakini Əlvan İsgəndərov rayon polis şöbəsinə müraciət edərək ona məxsus 6 baş iri buynuzlu mal-qaranın oğurlandığını bildirib.

​Əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların Mingəçevir şəhər sakinləri Zaur Hüseynov və Elçin Əliyev olması müəyyən edilib.

​Dindirilmə zamanı saxlanılanlar oğurladıqları mal-qaranın yerini nişan verərək, istintaqa təqdim ediblər. Bundan başqa əvəllər məhkum olunmuş Elçin Əliyevin rayon ərazisində digər oğurluq hadisələrinin törədilməsində iştirak etməsi də müəyyən olunub.

​Faktl bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov