9 Dekabr 2017 17:44
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, Pirşağı qəsəbəsində yerləşən 2 saylı “Zeytun sovxozu” adlanan ərazidə yaşayan 1992-ci il təvəllüdlü Xanım Ağakişiyevanı əri bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu şəhər xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, Xanım Ağakişiyeva hadisədən əvvəl həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman Xanım Ağakişiyevanı əri möhkəm döyüb. Ərinin əlindən çıxaraq qaçmaq istəyən qadın kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov