10 Dekabr 2017 01:58
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 80 manat pul və 5000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Neftçala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakinləri Camal Eyvazov və qohumu Murad Eyvazov tutulublar.


Müəllif: Hacı Zeynalov