11 Dekabr 2017 23:57
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində narkotiklə tutulan şəxsin oğurluq əməlləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Eldost Mikayılov saxlanılıb.

Onun üzərinə baxış zamanı 0,936 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Ətrafında aparılan tədbirlərlə Eldost Mikayılovun başqa bir cinayət törətdiyi də məlum olub. Həmin şəxs cari il dekabrın 9-da şəhər ərazisindəki qızıl əşyalarının alışı və satışı mağazasına gələrək bir ədəd 600 manat dəyərində qızıl boyunbağını və 150 manat dəyərində qızıl üzüyü baxmaq adı ilə götürərək qaçıb.

Oğurladığı qızılları Bakı şəhərində qızıl mağazalarının birinə qiymətindən ucuz satıb. Araşdırmalarla həmin qızılların müəyyən qismi maddi sübut kimi götürülüb.


Müəllif: Hacı Zeynalov